525.Az

Ötən gün vətəndaşlar tərəfindən qanunsuz saxlanılan 7 odlu silah aşkarlanıb


 

Ötən gün vətəndaşlar tərəfindən qanunsuz saxlanılan 7 odlu silah aşkarlanıb<b style="color:red"></b>

Ötən gün respublika ərazisində vətəndaşlar tərəfindən saxlanılan qanunsuz odlu silahlar aşkarlanıb.

Bu barədə 525.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, martın 22-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 2 qumbara, 1 alışdırıcı, 6 tüfəng, 27 patron darağı, 23 mərmi və 2426 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

 





23.03.2026    çap et  çap et