525.Az

Dünən axtarışda olan 30 nəfər saxlanılıb


 

Dünən axtarışda olan 30 nəfər saxlanılıb<b style="color:red"></b>

Martın 23-də ölkə ərazisində qeydə alınan 40, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

525.az-a DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 30, o cümlədən borclu şəxs qismində axtarışda olan 16 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

⁠Narkotiklərlə əlaqəli 2, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 19 fakt müəyyən edilib.

⁠Cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb.

 





24.03.2026    çap et  çap et