525.Az

Azərbaycan üzərindən Ermənistana növbəti tranzit: 270 tondan çox gübrə və 1 vaqon qarabaşaq yola salınır


 

Azərbaycan üzərindən Ermənistana növbəti tranzit: <b style="color:red"> 270 tondan çox gübrə və 1 vaqon qarabaşaq yola salınır</b>

Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə növbəti tədarük həyata keçirilir.

525.az xəbər verir ki, 4 vaqon gübrə (271 ton) və 1 vaqon qarabaşaq (68 ton) martın 24-də Biləcəri stansiyasından Böyük Kəsik istiqamətində yola salınacaq.

Qeyd edək ki, bu marşrutla indiyədək Ermənistana 23 min tondan çox taxıl və 700 tondan artıq gübrə daşınıb.

 





24.03.2026    çap et  çap et