525.Az

Ağstafada iki avtomobil toqquşub, xəsarət alanlar var


 

Ağstafada iki avtomobil toqquşub, xəsarət alanlar var<b style="color:red"></b>

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

525.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

"Mercedes Vita" markalı mikroavtobusla "VAZ-2106" markalı minik maşını toqquşub. Qəza zamanı bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

 





24.03.2026    çap et  çap et