525.Az

Azərbaycan cüdoçuları Bad-Blankenburqda keçirilən beynəlxalq düşərgəyə qatılıb


 

Azərbaycan cüdoçuları Bad-Blankenburqda keçirilən beynəlxalq düşərgəyə qatılıb<b style="color:red"></b>

Azərbaycanın yeniyetmə qızlardan ibarət cüdo üzrə yığması Almaniyanın Bad-Blankenburq şəhərində keçirilən beynəlxalq təlim-məşq toplanışına qatılıb.

Bu barədə  525.az-a Azərbaycan Cüdo Federasiyasından bildirilib.

Hazırlıq prosesinə baş məşqçi Elnur İsmayılov və məşqçi Əmrah Əhmədov rəhbərlik edir.

Təlim düşərgəsinə ümumilikdə 18 cüdoçu cəlb olunub. Komanda 4–5 aprel tarixlərində Gəncədə təşkil olunacaq yeniyetmələr arasında Avropa Kubokuna hazırlıq keçir.

Qeyd edək ki, martın 26-da başa çatacaq təlim-məşq toplanışında 14 ölkədən 400-ə yaxın idmançı yer alıb.

 





24.03.2026    çap et  çap et