525.Az

Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək, dolu yağacaq


 

Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək, dolu yağacaq<b style="color:red"></b>

Azərbaycanın rayonlarının bəzi yerlərində martın 25-dən 30-u səhərədək hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir.

525.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Yağıntıların ayrı-ayrı yerlərdə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

 





24.03.2026    çap et  çap et