525.Az

Azərbaycanın U-17 millisi seçmə mərhələyə heç-heçə ilə başladı


 

Azərbaycanın U-17 millisi seçmə mərhələyə heç-heçə ilə başladı<b style="color:red"></b>

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin 2-ci raundu çərçivəsində bu gün ilk oyununa çıxıb.

525.az xəbər verir ki, B liqasının 2-ci qrupunda yer alan Aqil Nəbiyevin komandası Bolqarıstanla qarşılaşıb. Plovdiv şəhərindəki “Xristo Botev” stadionunda keçirilən matçda hesabı 31-ci dəqiqədə Bolqarıstan yığmasının heyətində Andrey Qrozdanov açsa da, komandamız çox keçmədən tarazlığı bərpa etməyi bacarıb. 39-cu dəqiqədə Əli Bəşirov penaltini dəqiq yerinə yetirərək millimizi məğlubiyyətdən xilas edib.

Qeyd edək ki, U-17 qrupdakı digər oyunlarını martın 27-də Litva, martın 30-da isə Malta seçmələrinə qarşı keçirəcək.

 





24.03.2026    çap et  çap et