525.Az

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi 20 km/saat endirilib


 

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi 20 km/saat endirilib<b style="color:red"></b>

Bakıda müşahidə edilən yağmurlu hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

525.az-a bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, bununla bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda bütün tablolarda “sürüşkən yol” işarəsi qoyulub.

"Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir",- deyə məlumatda qeyd edilib.

 





25.03.2026    çap et  çap et