525.Az

Respublika fənn olimpiadalarının final mərhələsi başlanır


 

Respublika fənn olimpiadalarının final mərhələsi başlanır<b style="color:red"></b>

Respublika fənn olimpiadalarının final mərhələsinin tarixləri açıqlanıb. Olimpiadalar Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Təhsil İnstitutu və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən təşkil olunur.

Təhsil İnstitutundan 525.az-a bildirilib ki, aprelin 18-də Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat (I gün), fizika (nəzəri hissə) və biologiya (nəzəri hissə) üzrə yarışlar keçiriləcək.

Aprelin 19-da riyaziyyat (II gün), fizika (praktiki tur) və biologiya (praktiki tur) fənləri üzrə biliklər sınanacaq. Aprelin 28-də kimya, mayın 1-2-də informatika (I və II gün) üzrə final mərhələ keçiriləcək.

 





25.03.2026    çap et  çap et