525.Az

Azərbaycan - Sent Lüsiya oyununun hakimləri açıqlandı


 

Azərbaycan - Sent Lüsiya oyununun hakimləri açıqlandı<b style="color:red"></b>

Azərbaycan milli komandasının “FIFA Series – 2026” beynəlxalq turniri çərçivəsində Sent Lüsiya yığması ilə keçirəcəyi oyunun hakim təyinatları açıqlanıb.

525.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

Martın 27-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq görüşü Gürcüstandan olan hakimlər briqadası idarə edəcək. Saat 19:00-da başlayacaq matçın baş hakimi Giorgi Kruaşvili olacaq. Ona yan xətdə Levan Varamişvili və Giorgi Elikaşvili köməklik edəcək. Dördüncü hakim funksiyasını isə Koba Revazaşvili yerinə yetirəcək.

 





26.03.2026    çap et  çap et