525.Az

Azərbaycanda 2 ayda istehsal edilən polietilenin həcmi açıqlanıb


 

Azərbaycanda 2 ayda istehsal edilən polietilenin həcmi açıqlanıb<b style="color:red"></b>

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 19,7 min ton polietilen istehsal edilib.

525.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 34 % azdır.

Bu il martın 1-nə, ölkədə 9,8 min ton hazır məhsul ehtiyatı olub.

2025-ci ildə Azərbaycanda 147 min ton polietilen istehsal edilib ki, bu da 2024-cü illə müqayisədə 21,2 % çoxdur.

 





26.03.2026    çap et  çap et