525.Az

Asiya kubokunun püşkatma mərasimi təxirə salındı


 

Asiya kubokunun püşkatma mərasimi təxirə salındı<b style="color:red"></b>

Asiya kubokunun final mərhələsinin püşkatma mərasimi təxirə salınıb.

525.az xəbər verir ki, bu barədə Asiya Futbol Konfederasiyasının mətbuat xidməti məlumat yayıb.

Tədbirin aprelin 11-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda baş tutması nəzərdə tutulurdu. Lakin Yaxın Şərqdəki müharibələr və təhlükəsizlik səbəbindən püşkatma hələlik təxirə salınıb. Püşkatmanın nə vaxt keçiriləcəyi ilə bağlı məlumat verilməyib.

Qeyd edək ki, turnirin 2027-ci il 7 yanvar - 5 fevral tarixlərində Səudiyyə Ərəbistanında keçirilməsi planlaşdırılır. Xatırladaq ki, daha əvvəl Yaxın Şərqdəki gərginliyə görə Asiya Çempionlar Liqasının matçları da təxirə salınıb.

 





26.03.2026    çap et  çap et