525.Az

Polis Bakıda ov silahı ilə qətl törədən şübhəlini saxlayıb


 

Polis Bakıda ov silahı ilə qətl törədən şübhəlini saxlayıb<b style="color:red"></b>

Martın 26-da axşam saatlarında Xəzər rayonu Zirə qəsəbəsi ərazisində münaqişə zəminində silahlı insident baş verib.

DİN-in Mətbuat Xidmətindən 525.az-a bildirilib ki, 1959-cu il təvəllüdlü Cavanşir Muradov mübahisə zamanı ov tüfəngindən atəş açaraq qəsəbə sakini, 1981-ci il təvəllüdlü Məmmədhüseyn Əmirovu öldürməyə cəhd göstərib. Hadisə zamanı sonuncunun atası, 1956-cı il təvəllüdlü Vaqif Əmirov tüfəngdən açılan atəş nəticəsində ölüb.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə C.Muradov saxlanılıb. Ondan cinayət aləti olan ov tüfəngi götürülüb.

Hadisə şəxsi münasibətlər zəminində baş verib.

Faktla bağlı araşdırma aparılır.

 





26.03.2026    çap et  çap et