525.Az

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb


 

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb<b style="color:red"></b>

Azərbaycanda martın 26-da cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.

525.az-a bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ötən gün qeydə alınan 28, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 31, o cümlədən borclu şəxs qismində axtarışda olan 11 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 15 fakt müəyyən edilib.

 





27.03.2026    çap et  çap et