525.Az

Tərtər DOST filialında 2 mindən çox vətəndaşa xidmət göstərilib


 

Tərtər DOST filialında 2 mindən çox vətəndaşa xidmət göstərilib<b style="color:red"></b>

Qarabağ Regional DOST Mərkəzinin Tərtər filialında 2253 vətəndaşa xidmətlər göstərilib.

525.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu il yanvarın 22-də açılışı olan filiala edilən müraciətlər pensiya və müavinət, sosial xidmət, məşğulluq, əlillik və s. məsələləri əhatə edib.

Xidmət üçün müraciət edən vətəndaşların orta gözləmə müddəti 49 saniyə, orta xidmət müddəti isə 7 dəqiqə 9 saniyə olub.

Tərtər filialında göstərilən xidmətlərdən vətəndaşların məmnunluq səviyyəsi 99,6 faiz təşkil edib.

 





27.03.2026    çap et  çap et