525.Az

Sabunçuda evdən 6300 dollar oğurlayan şəxs saxlanılıb


 

Sabunçuda evdən 6300 dollar oğurlayan şəxs saxlanılıb<b style="color:red"></b>

Sabunçu rayonunda evdən 6300 dollar oğurlayan şəxs saxlanılıb.

525.az-a bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Sabunçu rayonu Maştağa qəsəbəsində bir nəfər yaşadığı evdən 6300 dollar pul vəsaitinin naməlum şəraitdə oğurlandığını deyib.

Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbir nəticəsində əməli törətməkdə şübhəli bilinən 28 yaşlı R.Əlizadə müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

 





27.03.2026    çap et  çap et