525.Az

Azərbaycanda ictimai iaşə dövriyyəsi 4 faizə yaxın artıb


 

Azərbaycanda ictimai iaşə dövriyyəsi 4 faizə yaxın artıb<b style="color:red"></b>

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin dəyəri 410,6 milyon manat olub.

Bu barədə 525.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bildirilib ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,6 % çoxdur.

İki ayda özəl sektorda ictimai iaşə dövriyyəsinin 49,7 %-i hüquqi şəxslərin, 50,3 %-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşüb.

O cümlədən, hüquqi şəxslər üzrə dövriyyənin dəyəri əvvəlki ilin eyni dövrünə nisbətən 2,6 % artaraq 202,1 milyon manat olub.

 





27.03.2026    çap et  çap et