525.Az

U-17 millisi seçmə mərhələdə 2-ci oyununu keçirdi


 

U-17 millisi seçmə mərhələdə 2-ci oyununu keçirdi<b style="color:red"></b>

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin 2-ci raundu çərçivəsində bu gün ikinci oyununa çıxıb.

525.az xəbər verir ki, B liqasının 2-ci qrupunda yer alan Aqil Nəbiyevin komandası Bolqarıstanın Plovdiv şəhərində Litva yığması ilə qarşılaşıb.

“Nikola Şterev - Starika İdman Kompleksi”ndə keçirilən oyunda qapılara qol vurulmayıb - 0:0

27 mart

Litva (U-17) – Azərbaycan (U-17) - 0:0

Baş hakim: Ozan Ergün (Türkiyə)

Plovdiv, Nikola Şterev - Starika İdman Kompleksi

Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl Malta ilə 1:1 hesablı heç-heçə edib. Yığma hazırda 2 xalla 4 komanda arasında 2-ci yerdədir. Litva 4 xalla liderdir.

 





27.03.2026    çap et  çap et