525.Az

78 yaşlı Hocson bu klubu çalışdıracaq


 

78 yaşlı Hocson bu klubu çalışdıracaq<b style="color:red"></b>

İngiltərəli tanınmış məşqçi Roy Hocsonun yeni iş yeri məlum olub.

525.az xəbər verir ki, 78 yaşlı mütəxəssis Çempionşipdə çalışacaq.

"Bristol Siti" Hocsonun təyinatını açıqlayıb. İngiltərə millisinin sabiq baş məşqçisi ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.

Qeyd edək ki, Roy Hocson son olaraq "Kristal Pelas"da işləyib. O, 2024-cü ilin fevral ayında London təmsilçisindən ayrılıb. Hocson 2012-2016-cı illərdə İngiltərə millisinə rəhbərlik edib. Təcrübəli mütəxəssis "İnter", "Udineze", "Liverpul", "Kopenhagen", "Fulhem", "Uotford" və Finlandiya millisini də çalışdırıb.

 





27.03.2026    çap et  çap et