525.Az

Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlər 9 faizə yaxın artıb


 

Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlər 9 faizə yaxın artıb<b style="color:red"></b>

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2 milyard 534,2 milyon manat olub.

525 az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8,9 % çoxdur.

Bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 1 milyard 938,4 milyon manatlıq xidmət göstərilib. Bu da xidmətlərin ümumi dəyərinin 76,5 %-ni təşkil edib.

İki ayda hər bir ölkə sakini orta hesabla 246,9 manatlıq və ya ötən ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 31,6 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

 





27.03.2026    çap et  çap et