525.Az

Azərbaycanın sənaye müəssisələrinin kərə yağı ehtiyatı 3 dəfə artıb


 

Azərbaycanın sənaye müəssisələrinin kərə yağı ehtiyatı 3 dəfə artıb<b style="color:red"></b>

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 3 min 882,9 ton kərə yağı istehsal edilib.

525.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 10 % azdır.

Martın 1-nə sənaye müəssisələrinin anbarlarında 67,3 ton kərə yağı ehtiyatı yaranıb. Bu da, illik müqayisədə 3 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycanda 937,7 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da illik müqayisədə 11,4 % çoxdur.

 





28.03.2026    çap et  çap et