525.Az

Azərbaycanda qeyri-sabit hava şəraiti davam edir


 

Azərbaycanda qeyri-sabit hava şəraiti davam edir <b style="color:red"></b>

Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.

Bu barədə 525 az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə intensiv xarakterli yağış, dağlıq ərazilərdə isə qar yağır.

Hazırda Bakıda və Abşeron yarımadasında yağan yağıntının miqdarı 133 mm-ə çatıb. Bu da aylıq normanın 564 %-ni təşkil edir.

 





28.03.2026    çap et  çap et