525.Az

Dünya bazarlarında neftin qiyməti yenidən 115 dolları ötüb


 

Dünya bazarlarında neftin qiyməti yenidən 115 dolları ötüb<b style="color:red"></b>

Qlobal əmtəə bazarlarında neft yeni həftəyə 10 dollara yaxın bahalaşma ilə başlayıb.

525.az xəbər verir ki, ABŞ-ın WTI markalı neftinin NYMEX birjasında ticarət olunan may fyuçersləri 1,71% və ya 1,70 dollar artaraq 101,34 ABŞ dollarına yüksəlib.

Brent markalı neftin ICE birjasında ticarət olunan may fyuçersləri isə 2,65% və ya 2,98 dollar bahalaşaraq 115,55 ABŞ dolları səviyyəsində yüksəlib.

Qeyd edək ki, Brent neftinin ötən həftə üzrə birjada bağlanış qiyməti 105 dollar civarında olub.

 





30.03.2026    çap et  çap et