525.Az

Rasim Balayevin nəşi Bakıya gətirilib


 

Rasim Balayevin nəşi Bakıya gətirilib<b style="color:red"></b>

Azərbaycanın Xalq artisti Rasim Balayevin nəşi dövlətimizin dəstəyi ilə martın 30-da Türkiyədən Vətənə gətirilib. 

525.az xəbər verir ki, mərhumun cənazəsi ailəsinə təhvil verilib.

Rasim Balayevlə vida mərasimi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında olacaq. Daha sonra görkəmli sənətkar I Fəxri xiyabanda torpağa tapşırılacaq.

Xatırladaq ki, ötən gün Rasim Balayev İstanbulda müalicə aldığı "Memorial" xəstəxanasında vəfat edib.

 





30.03.2026    çap et  çap et