525.Az

Azərbaycan - Syerra Leone oyununu özbəkistanlı hakimlər idarə edəcəklər


 

Azərbaycan - Syerra Leone oyununu özbəkistanlı hakimlər idarə edəcəklər<b style="color:red"></b>

"FIFA Series - 2026" beynəlxalq turnirində bu gün keçiriləcək Azərbaycan – Syerra Leone oyununu Özbəkistandan olan hakimlər briqadası idarə edəcək.

525.az-ın məlumatına görə, matçın baş hakimi Asker Najafaliyev olacaq.

Ona həmyerliləri İslom Azimov, Baxtiyorxuja Şavkatov köməklik göstərəcəklər.

Dördüncü hakim funksiyasını Axrol Ruskullayev yerinə yetirəcək.

Xatırladaq ki, bu gün Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq qarşılaşma saat 19:00-da start götürəcək.

 





30.03.2026    çap et  çap et