525.Az

Tural Qurbanovun beynəlxalq oyuna baş hakim kimi ilk təyinatı


 

Tural Qurbanovun beynəlxalq oyuna baş hakim kimi ilk təyinatı<b style="color:red"></b>

FİFA referisi Tural Qurbanov ilk dəfə beynəlxalq oyuna baş hakim kimi təyinat alıb.

525.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

O, U-17-lər arasında Avropa çempionatının seçmə mərhələsinin 2-ci raundu çərçivəsində keçiriləcək Niderland – Belarus matçını idarə edəcək. T. Qurbanova Asiman Əzizli və şimali makedoniyalı Aleksandar Qyurkovski köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını İlioski Vlatko (Şimali Makedoniya) yerinə yetirəcək.

B Liqasının 7-ci qrupunun son görüşü martın 31-də Türkiyənin Antalya şəhərində yerləşən Mardan İdman Kompleksinin stadionunda keçiriləcək.

Qeyd edək ki, Tural Qurbanov qrupun martın 25-də keçirilən Kosovo – Niderland (0:1) qarşılaşmasının dördüncü hakimi olub.

 





30.03.2026    çap et  çap et