525.Az

Qırğızıstan Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunu artırıb


 

Qırğızıstan Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunu artırıb<b style="color:red"></b>

2025-ci ildə Qırğızıstanın Azərbaycana birbaşa investisiyalarının həcmi 13,033 milyon ABŞ dolları təşkil edib.

525.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, bu göstərici 2024-cü illə müqayisədə 6,626 milyon dollar və ya 2 dəfə artıb.

Məlumata əsasən, hesabat ilində Qırğızıstandan Azərbaycana yönələn investisiyaların ölkəyə daxil olan ümumi birbaşa xarici investisiyalardakı payı 0,2% təşkil edib.

2024-cü ildə Qırğızıstandan Azərbaycana birbaşa investisiyaların ümumi həcmi 6,407 milyon ABŞ dolları olub.

 





30.03.2026    çap et  çap et