525.Az

Meyitin başını oğurladılar


 

Meyitin başını oğurladılar<b style="color:red"></b>

İtaliyada ötən il qətlə yetirilən model Pamela Cenininin başı oğurlanıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Berqamodakı Strozza qəbiristanında baş verib.

Cənazə müvəqqəti qəbirdə dəfn olunmuş və üzərinə beton qapaq qoyulmuşdu. Sonradan fəhlələr meyiti ailə məzarlığına köçürmək istəyəndə qapağın tərpəndiyinin fərqinə varıblar. Tabut açılanda isə orada cənazənin başı olmayıb.

İşə prokurorluq əməkdaşları qarışıb. Müşahidə kameralarını izləyərkən lent yazılarının bir hissəsinin pozulduğu məlum olub. Oğurluğun gecə vaxtı yağışlı havada edildiyi ehtimalı var. Çünki tabut açılanda içi su olub. Prokuror Cankarlo Mankuzi qəribə oğurluğun kimlər tərəfindən törədildiyinin araşdırıldığını bildirib. Hadisənin motivləri bəlli deyil. 

Qeyd edək ki, 29 yaşlı Pamela Cenini ötən ilin oktyabrında sevgilisi tərəfindən bıçaqlanaraq öldürülmüşdü.

L.Tağıyeva

 





31.03.2026    çap et  çap et