İspaniya İrana hücumlarda iştirak edən ABŞ təyyarələri üçün hava məkanını bağlayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İspaniyanın müdafiə naziri Marqarita Robles bildirib.
O qeyd edib ki, İrana qarşı hücumlarda iştirak edən ABŞ hərbi təyyarələrinin İspaniyanın hava məkanından istifadəsi qadağan edilib, əvvəllər birgə idarə olunan bazalara girişə qoyulan məhdudiyyətlər genişləndirilib.
“Biz İrandakı müharibə ilə bağlı hərəkətlər üçün nə hərbi bazalardan, nə də hava məkanından istifadəyə icazə veririk”, - deyə Madriddə jurnalistlərə açıqlama verən Robles deyib.
İqtisadiyyat naziri Karlos Kuerpo isə bildirib ki, bu qərar İspaniyanın birtərəfli qaydada və “beynəlxalq hüquqa zidd” başlayan müharibəni dəstəkləməkdən imtina etməsini əks etdirir.
İbrahim Cəfərov
çap et