525.Az

Bu gecə Bakıda 2 gənc bıçaqlandı


 

Bu gecə Bakıda 2 gənc bıçaqlandı<b style="color:red"></b>

Bu gecə Bakının Sabunçu rayonu Bakıxanov qəsəbəsində 2 gənc bıçaqlanıb.

Sabunçu rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hər iki nəfər eyni ərazidə, təxminən eyni saatda bıçaqlanıb.

Belə ki, 23 yaşlı Abas Qəmbərov yaranmış mübahisə zamanı tanışı tərəfindən bıçaqlanıb. Döş qəfəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilən Abas Qəmbərovun vəziyyəti ağırdır.

Digər hadisədə isə 27 yaşlı Vüqar Məmmədov bıçaqlanıb. V.Məmmədov da ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hər iki faktla bağlı araşdırma aparılır.

 





30.11.2012    çap et  çap et