525.Az

Samsunda avtobus aşıb -  11 nəfər yaralanıb


 

Samsunda avtobus aşıb -  <b style="color:red">11 nəfər yaralanıb</b>

Türkiyənin Samsun şəhərində ağır yol qəzası baş verib.

525.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəza səhər saat 7:00 radələrində Ankara yolunda baş verib. İstanbuldan Orduya gedən avtobus sürücünün idarəetməni itirməsi nəticəsində yol kənarına aşıb.

Qəzada 9-u tələbə olmaqla 11 nəfər yaralanıb.

Hadisə yerinə çoxsaylı tibbi və polis qrupları göndərilib. Yaralılar təcili yardımla xəstəxanaya aparılıb.

Qəza ilə bağlı araşdırma başlayıb.

İbrahim Cəfərov

 





31.03.2026    çap et  çap et