525.Az

Bursa bələdiyyə başçısı saxlanıldı


 

Bursa bələdiyyə başçısı <b style="color:red"> saxlanıldı</b>

Bursa Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində, Bursa Böyükşəhər Bələdiyyəsinin başçısı Mustafa Bozbey də daxil olmaqla 55 nəfər saxlanılıb.

525.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, saxlanılanlar "cinayət törətmək üçün təşkilat yaratmaq", "rüşvətxorluq" və "korrupsiya" ilə əlaqəli olmaqda ittiham edilirlər.

Bursa Baş Prokurorluğunun açıqlamasında istintaqın Nilüfer rayonunun keçmiş bələdiyyə başçıları Mustafa Bozbey və Turgay Erdemin bəzi bələdiyyə işçiləri ilə birlikdə tikinti layihələrində bina sıxlığı nisbətlərinin qanunsuz artırılması müqabilində rüşvət aldıqları və bununla da özlərinə və layihə sahiblərinə maliyyə faydası təmin etdikləri ortaya çıxdığı bildirilib.

İbrahim Cəfərov

 





31.03.2026    çap et  çap et