525.Az

Xaçmazda saxlanılan 2 nəfərdə 6 kq narkotik aşkarlanıb


 

Xaçmazda saxlanılan 2 nəfərdə 6 kq narkotik aşkarlanıb<b style="color:red"></b>

Xaçmazda saxlanılan iki nəfərdən 6 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.

525.az-ın xəbərinə görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş – 30 yaşlı Kənan Musayev və 49 yaşlı Arzu Əliyev saxlanılıblar. Onlardan 5 kiloqram marixuana, 1 kiloqram heroin və 309 qram tiryək aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb. Hər iki şəxs barəsində məhkəmənin qərarı həbs qətimkan tədbiri seçilib.

 





31.03.2026    çap et  çap et