525.Az

Azərbaycanın ixrac etdiyi pambıq ipliyinin həcmi və dəyəri 3 dəfəyədək artıb


 

Azərbaycanın ixrac etdiyi pambıq ipliyinin həcmi və dəyəri 3 dəfəyədək artıb<b style="color:red"></b>

2026-cı ilin yanvar-fevral aylarında ölkədən 3 382,93 ton pambıq iplik ixrac edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə çoxdur.

525.az-a Dövlət Gömrük Komitəsindən bildirilib ki, ixrac edilən pambıq ipliyin dəyəri 2,6 dəfə artaraq 7 milyon 319,51 min dollar olub.

Xatırladaq ki, 2025-ci ilin yanvar-fevral aylarında isə Azərbaycandan 2 milyon 830,35 min dollar dəyərində yəni, 1 119,48 ton pambıq iplik ixrac edilib.

 

 





31.03.2026    çap et  çap et