525.Az

Azərbaycanın Gürcüstanla ticarət dövriyyəsi 19 faiz artıb


 

Azərbaycanın Gürcüstanla ticarət dövriyyəsi 19 faiz artıb<b style="color:red"></b>

Bu ilin yanvar-fevral aylarında Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin dəyəri 176 milyon 596 min ABŞ dolları təşkil edib.

525.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19 % çoxdur.

Son 1 ildə Azərbaycanın Gürcüstana ixracının dəyəri 21,5 % artaraq 158 milyon 304 min ABŞ dolları, bu ölkədən idxalının dəyəri isə 0,3 % azalaraq 18 milyon 291 min ABŞ dolları təşkil edib.

Hesabat dövründə Gürcüstanla ticarət ümumi dövriyyənin 2,8 %-i qədər olub. O cümlədən, Gürcüstana ixrac ümumi ixracın 4,3 %-ni, Gürcüstandan idxal isə ümumi idxalın 0,7 %-ni təşkil edib.

 





31.03.2026    çap et  çap et