525.Az

Slovakiyanın Bakıdakı səfirliyi azərbaycanlıların soyqırımı qurbanlarının xatirəsini yad edib


 

Slovakiyanın Bakıdakı səfirliyi azərbaycanlıların soyqırımı qurbanlarının xatirəsini yad edib<b style="color:red"></b>

Slovakiyanın Bakıdakı səfirliyi 1918-ci ilin mart ayında Azərbaycanda baş verən faciəvi hadisələrin qurbanlarının xatirəsini yad edib.

525.az-ın məlumatına görə, bu barədə diplomatik nümayəndəliyin "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

"Bu gün biz 1918-ci il martın 31-də Azərbaycanda baş verən faciəvi hadisələrin qurbanlarının xatirəsini yad edirik. Onların xatirəsinin anılması bizə regionda barışığın, hörmət və möhkəm sülhün vacibliyini xatırladır", - paylaşımda qeyd olunub.

 





31.03.2026    çap et  çap et