525.Az

Gəncədə keçiriləcək yeniyetmə cüdoçular arasında Avropa Kubokunda 11 ölkə iştirak edəcək


 

Gəncədə keçiriləcək yeniyetmə cüdoçular arasında Avropa Kubokunda 11 ölkə iştirak edəcək<b style="color:red"></b>

Gəncədə keçiriləcək yeniyetmə cüdoçular arasında Avropa Kubokunda iştirak edəcək ölkələr müəyyənləşib.

525.az-ın məlumatına görə, yarışda 11 ölkə təmsilçiləri mübarizə aparacaqlar.

Turnirdə Azərbaycan cüdoçuları ilə yanaşı, Belarus, Bolqarıstan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Polşa, Portuqaliya, Tacikistan, Türkiyə və ABŞ təmsilçiləri tatamiyə çıxacaqlar.

Yarışda Azərbaycanın 100-dən çox idmançısı çıxış edəcək.

Xatırladaq ki, turnir aprelin 4-5-də Gəncə İdman Sarayında təşkil olunacaq.

 





31.03.2026    çap et  çap et