525.Az

Azərbaycanlı FİFA referisi ilk dəfə beynəlxalq oyunu idarə etdi


 

Azərbaycanlı FİFA referisi ilk dəfə beynəlxalq oyunu idarə etdi<b style="color:red"></b>

Azərbaycanlı FİFA referisi Tural Qurbanov ilk dəfə beynəlxalq oyunda baş hakim kimi oyun idarə edib.

525.az xəbər verir ki, o, U-17-lər arasında Avropa çempionatının seçmə mərhələsinin 2-ci raundu çərçivəsində keçirilən Niderland – Belarus matçının baş hakimi olub.

Qurbanov Niderlandın 2:1 hesabı ilə qalib gəldiyi görüşdə 3 futbolçuya sarı vərəqə göstərib. O, meydan sahiblərinin iki, qonaqların isə 1 oyunçusunda rəsmi xəbərdarlıq edib.

Qeyd edək ki, digər azərbaycanlı hakim Asiman Əzizli isə Tural Qurbanovun köməkçisi funksiyasını yerinə yetirib.

 





01.04.2026    çap et  çap et