525.Az

Krımda Rusiyanın hərbi təyyarəsi qəzaya uğrayıb - 29 nəfər ölüb


 

Krımda Rusiyanın hərbi təyyarəsi qəzaya uğrayıb -<b style="color:red"> 29 nəfər ölüb</b>

Krım yarımadasında Rusiyanın “An-26” hərbi nəqliyyat təyyarəsi qəzaya uğrayıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 29 nəfər ölüb.

Rusiya Müdafiə Nazirliyi Krım yarımadası üzərində planlaşdırılan uçuş həyata keçirən iki mühərrikli “An-26” nəqliyyat təyyarəsi ilə əlaqənin kəsildiyini təsdiqləyib.

Xilasetmə qrupları qəza yerində axtarışlarını davam etdirir. Bildirilib ki, göyərtədə olan 23 sərnişin və 6 ekipaj üzvünün hamısı həlak olub.

İlkin məlumatlar qəzaya texniki nasazlığın səbəb olduğunu göstərir.

İbrahim Cəfərov

 





01.04.2026    çap et  çap et