Böyük Britaniyanın Baş naziri Kir Starmer bəyan edib ki, yaranan "səs-küyə" baxmayaraq, ölkəsinin maraqları naminə hərəkət edəcək.
525.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə o, ABŞ Prezidenti Donald Trampın NATO-dan çıxma ehtimalı ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, NATO "dünyanın indiyə qədər gördüyü ən təsirli hərbi ittifaqdır və on illərdir ki, təhlükəsizliyimizi təmin edir".
"Mənə və başqalarına qarşı hansı təzyiqin göstərilməsinə, hansı səs-küyün yaranmasına baxmayaraq, qərarlar qəbul edərkən Böyük Britaniyanın milli maraqlarına uyğun hərəkət etmək niyyətindəyəm", - Baş nazir söyləyib.
Tramp daha əvvəl bildirib ki, blokun İrana qarşı hərbi əməliyyata kömək etməkdən imtinasına görə NATO-dan çıxmağı ciddi şəkildə nəzərdən keçirir.
Pərvanə Sultanova
çap et