525.Az

Azərbaycan millisi FIFA reytinqində üç pillə irəliləyib


 

Azərbaycan millisi FIFA reytinqində üç pillə irəliləyib<b style="color:red"></b>

Azərbaycan millisi FIFA reytinqində üç pillə irəliləyib.

525.az ali futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu komanda 1136.67 əmsalla 124-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, Azərbaycan yığması ötən ay "FIFA Series – 2026" beynəlxalq turnirinin qalibi olub.

Reytinqin ilk pilləsində Fransa (1877.32) yer alıb. İspaniya (1876.40) ikinci, Argentina (1874.81) üçüncüdür.

 





01.04.2026    çap et  çap et