525.Az

Klonlaşdırma ilə bağlı maraqlı təcrübə


 

Klonlaşdırma ilə bağlı maraqlı təcrübə<b style="color:red"></b>

Yaponiyalı alimlər siçanlar üzərində 20 il ərzində maraqlı təcrübə aparıblar.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu müddətdə onlar bir siçanı 1206 dəfə klonlaşdırıblar.

Məlum olub ki, 25-ci klonlaşdırmaya kimi klon-siçanların sağlamlığında heç bir problem müşahidə edilməyib. Daha sonra genetik kodlaşmada səhvlər üzə çıxmağa başlayıb. 58-ci klonlaşdırmadan sonra isə klonlar cəmi bir neçə gün yaşaya biliblər və mutant-siçanlara çevriliblər.

Maraqlıdır ki, genetik problemlərin yaranmasına baxmayaraq, bütün klonlar zahirən eyni olublar. Yəni, birinci siçan ilə axırıncı klon zahirən seçilməyiblər.

L.Tağıyeva

 





01.04.2026    çap et  çap et