Liviyadan İtaliyaya qanunsuz keçmək istəyən bir qrup miqrantı daşıyan qayıqda soyuq hava üzündən 19 nəfər həyatını itirib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə aprelin 1-ə keçən gecə baş verib.
Sahil mühafizə xidmətinin əməkdaşları Siciliyadan 160 km aralıda, neytral sularda qayıq aşkarlayıb. Qayıqda 77 nəfər liviyalı olub. Lampeduza portuna kimi yedəyə alınan qayığın 19 sərnişini soyuq hava və güclü yağış səbəbindən hipertoniyadan dünyasını dəyişib. Sağ qalan 58 nəfərdən əksəriyyəti xəstəxanaya yerləşdirilib. Onlardan 7-nin vəziyyəti ağırdır. Meyitlər isə Kala-Bizana qəbirstanın morquna təhvil verilib.
Qeyd edək ki, xəstəxanaya yerləşdirilənlərin arasında qadın və hətta 2 yaşınadək 2 körpə də var.
L.Tağıyeva
çap et