525.Az

Ziya Bünyadov prospektində təmir aparılır, bir sıra yollarda tıxac yaranıb


 

Ziya Bünyadov prospektində təmir aparılır, bir sıra yollarda tıxac yaranıb<b style="color:red"></b>

Paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsində (körpünün üzərində) təmir işləri aparılır.

525.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında deyilir.

Bu səbəbdən prospektdən “Koroğlu” meto stansiyası, Alı Mustafayev, Əbdülvahab Salamzadə küçələri, “20 Yanvar” dairəsi , Moskva və Tbilisi proskeptləri, eləcə də Bakı-Sumqayıt şosesi “20 Yanvar” metro stansiyası istiqamətlərində sıxlıq müşahidə olunur.

Hazırda polis əməkdaşları tərəfindən müxtəlif istiqamətlər üzrə sıxlığın aradan qaldırılması üçün tədbirlər görülür.


 

 





02.04.2026    çap et  çap et