525.Az

Bankların aktivləri 7 faizə yaxın artıb


 

Bankların aktivləri 7 faizə yaxın artıb<b style="color:red"></b>

Martın 1-nə Azərbaycanda bankların cəmi aktivləri 57 milyard 132.8 milyon manat təşkil edib.

525.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bu göstərici ötən ilin martın 1-i ilə müqayisədə 6,7 faiz çoxdur.

Təkcə fevral ayında bankların cəmi aktivləri 0.9% (470.9 mln. manat), cəmi öhdəlikləri 0.7% (346.1 mln. manat), balans kapitalı isə 1.9% (124.8 mln. manat) artıb.

 





02.04.2026    çap et  çap et