Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) beynəlxalq hüququn kobud şəkildə pozulması olan İranın Küveyt Dövlətindəki hərbi düşərgəyə qarşı törətdiyi və silahlı qüvvələrin 10 üzvünün yaralanması ilə nəticələnən səbəbsiz terror hücumunu ən sərt şəkildə pisləyib.
525.az xəbər verir ki, bu barədə BƏƏ Xarici İşlər Nazirliyinin (XİN) bəyanatda bildirilir.
Qeyd olunub ki, bu təcavüz Küveyt Dövlətinin suverenliyinin pozulması, təhlükəsizliyinə və sabitliyinə təhdid yaratması, KƏŞ dövlətlərinin və daha geniş regionun təhlükəsizliyini təhdid edən təhlükəli bir eskalasiya olduğunu təsdiqlədi.
BƏƏ Küveyt Dövləti ilə tam həmrəyliyini ifadə edərək, onun təhlükəsizliyinin və sabitliyinin qorunmasına yönəlmiş bütün tədbirləri dəstəklədiyini vurğulayıb və bu dəhşətli hücumda yaralananların hamısının tezliklə sağalmasını arzulayıb.
Pərvanə Sultanova
çap et