525.Az

İqtisadiyyata kredit qoyuluşu 9 faziə yaxın artıb


 

İqtisadiyyata kredit qoyuluşu 9 faziə yaxın artıb<b style="color:red"></b>

Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının bu ilin mart ayının 1-nə iqtisadiyyata kredit qoyuluşu 32 milyard 2.5 milyon manat təşkil edib.

525.az Azərbaycan Mərkəzi Bankının açıqladığı statistikaya istinadən xəbər verir ki, bu göstərici cari ilin fevral ayının 1-i ilə müqayisədə 0,4 faiz və ya 138.8 milyon manat artıb.

Ötən ilin analoji dövrü ilə müqayisədə isə iqtisadiyyata kredit qoyuluşu 8,8% və ya 2 milyard 599.6 manat artıb.

 





02.04.2026    çap et  çap et