525.Az

Bakıda yaşayış binasında yanğın baş verib


 

Bakıda yaşayış binasında yanğın baş verib<b style="color:red"></b>

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Nəsimi rayonunda yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

525,az-a bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yaşayış binasının 16-cı mərtəbəsində yerləşən mənzilin eyvanında məişət tullantıları yanıb. Yanğın qısa müddətdə söndürülüb.

 





02.04.2026    çap et  çap et