525.Az

Bahar Muradova Gəncədə vətəndaşları qəbul edəcək


 

Bahar Muradova Gəncədə vətəndaşları qəbul edəcək<b style="color:red"></b>

Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Gəncədə vətəndaş qəbulu keçirəcək.

525.az-a bununla bağlı komitədən məlumat verilib.

Qeyd edilib ki, qəbul aprelin 10-u saat 10:00-da Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının inzibati binasında baş tutacaq.

Qəbulda Gəncə şəhəri, Samux və Kəlbəcər rayon sakinlərinin müraciətlərinə baxılacaq.

 





02.04.2026    çap et  çap et