525.Az

Azərbaycanlı hərbçilər Türkiyəyə gediblər


 

Azərbaycanlı hərbçilər Türkiyəyə gediblər<b style="color:red"></b>

Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun birlikləri Heydər Əliyev-2026 təlimində iştirak etmək üçün Türkiyəyə səfər edib.

525.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin "X"dəki hesabında məlumat yayılıb.

"14-cü Mexanikləşdirilmiş Piyada Briqadası Komandanlığı ilə keçiriləcək Heydər Əliyev-2026 təliminə qatılacaq Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun birlikləri ölkəmizə gəlib", - məlumatda bildirilib.

Qeyd olunub ki, Türkiyənin 5-ci Sərhəd Briqadası Komandanlığının şəxsi heyəti Umid körpüsündə azərbaycanlı hərbçiləri qarşılayıb və bayraq mübadiləsi mərasimi icra edilib.

 





02.04.2026    çap et  çap et